Texniki Avadanlıqlar Zavodunda Çilingər (hidravlika)
 
JOB TITLE: Texniki Avadanlıqlar Zavodunda Çilingər (hidravlika)
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-28 LAST UPDATED: N/A DEADLINE: 2020-03-29

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Çilingər (hidravlika)”

Əmək funksiyası:

• Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir;
• Avadanlıqların hidravlika sisteminə baxış, texniki sınaq və profilaktik təmir işlərini həyata keçirir;
• Avadanlıqların hidravlik sistemlərinin təmiri və xidməti üzrə illik Planlı təmir qrafiklərinin hazırlanmasında, siyahıların tərtib ediməsində iştirak edir, öz təkliflərini verir, lazımi texniki sənədlərlə tanış olur və digər struktur bölmələri ilə əlaqəli işləyir
• Hidravliki avadanlıqların təmirin keçirilməsində, ehtiyat hissələrinin və materialların alınması üçün siyahıların hazırlanmasında iştirak edir;
• İstehsalat sahələrində olan hidravlik qurğuların, mexaniki avadanlıqların və iş maşınlarının vaxtında və keyfiyyətli təmir olunmasında iştirak edir;
• Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik avadanlıqların təmirini həyata keçirir;
• Avadanlıqların hidravlik sistemlərinin vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
• Yağ nasoslarının, hidravlik motorların düzgün işləməsini və nasazlarının dəyişdirilməsini təmin edir;
• Hidravlik sisteminin stabil işini təmin edir;
• Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır;
• İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir;
• Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir;
• İstehsalat avadanlıqlarının nizamlanmasında iştirak edir;
• Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına və ətraf mühitin qorunması qaydalarına əməl olunmasına riayət etməli;
• Daha effektli avadanlıqların tətbiq olunması, plansız təmirlərin və təmir xərclərinin azaldılması, üçün təkliflər verir;
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün birbaşa rəhbərinə vaxtında məlumat verir.

Namizədə tələblər:

• Hidravlika sahəsində 3 il iş təcrübəsi; (Hidravlikadakı şərti işarələri, sxemləri sərbəst oxuya bilməli)
• Orta, texniki, texniki peşə və ya ali təhsil;
• İşçi Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazidə qalmaldı

İş şərtləri

• Əmək haqqı: Razılaşma əsasında.
• İş rejimi: növbəli
• İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1

Əlavə təminatlar: Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Çilingər (hidravlika)” başlığı altında qeyd edərək seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP