Satış Meneceri
 
JOB TITLE: Satış Meneceri
EMPLOYER: Estet DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-04 LAST UPDATED: 2020-03-04 DEADLINE: 2020-04-03



Estet şirkəti 23 ildir Azərbaycanda və xarici bazarlarda IT və laboratoriya avadanlıqlarının satışı ilə məşğul olur. Şirkət , bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir və ``Satış Meneceri`` vəzifəsi ilə əlaqədar vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

• Şirkət məhsullarının satışını təşkil etmək;
• Bazar araşdırmaları etmək, rəqib şirkətləri araşdırmaq
• Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq;
• Şirkətin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim etmək;
• Cari sifarişləri nəzarətdə saxlamaq;
• Günlük, həftəlik və aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək
• Effektiv satış planlarının hazırlamaq, satışlar haqqında məlumatları təhlil etmək;
• Məhsulun satışı ilə əlaqəli təklif, müqavilə və digər sənədləri hazırlamaq

Namizədə olan tələblər:

• Ali təhsil, tərcihən kimya, eczacılıq, tibb üzrə təhsil almış
• Kişi, yaş həddi 22-35
• Satış sahəsi üzrə 1-2 il iş təcrübəsi, tərcihən kimya məhsulları, laboratoriya avadanlıqları satışı sahəsində təcrübəli
• B, C kateqoriyalı sürücülük vəsiqəsi olan

Namizəddə olan bacarıq və keyfiyyətlər

• Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı;
• Məsuliyyətli, punktual, dürüst və xoş görünüşlü
• Komandada işləmək bacarığı
• Problemləri həll etmə bacarığı;
• Dil bilikləri : İngilis dili ( orta), Rus dili ( yaxşı ), Azərbaycan dili ( əla)
• Kompyuter bilikləri : Excel, Word, Power Point, Outlook ( yaxşı)

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV -lərini a.yusubov@estet.az elektron ünvanına Subject/Mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP