İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-04 LAST UPDATED: N/A DEADLINE: 2020-04-03

AFB Bank İnsan Resursları Strukturuna mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• AR Əmək qanunvericiliyi biliyi;
• İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
• Elektron Hökumət Portalı ilə işləmə bacarığı;
• MS Office proqramlarından istifadə bacarığı;
• Azərbaycan, Rus və ingilis dili bilikləri;
• Müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;

İŞİN TƏSVİRİ:

• Kadr kargüzarlığının qanunvericiliyə uyğun tərtib edilməsi (işçilərlə əmək, maddi məsuliyyət müqavilələrinin (əlavə və dəyişikliklərin) bağlanması, sənədləşmənin həyata keçirilməsi və Elektron hökumət portalı daxil edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, işdən çıxan işçilərin sistemdən çıxarılmasıvə s);
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət;
• İşçilərlə bağlı dövlət orqanları və rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanması;
• Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
• İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və rəhbərliyə hesabat verilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP