Sifariş qruplama mütəxəssisi
 
JOB TITLE: Sifariş qruplama mütəxəssisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-04 LAST UPDATED: N/A DEADLINE: 2020-04-03

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Sifariş qruplama mütəxəssisi

İş yeri: Bakı şəhəri,Abşeron ray,Məhəmmədi qəs
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil
Yaş həddi: 23-32

İşin Təsviri: Daxil olan sifarişlərin qruplanması və rutun tətbiqini həyata keçirmək, müvafiq proqramlar əsasında nəqliyyat vasitələrini izləmək, rut planları və sürücü raporlarını hazırlamaq.

Vəzifə öhdəlikləri:

- Müştərək şirkətlərin local müştərilərinin sifarişlərinin qruplanmasını icra etmək;
- Yük maşınların qəbul etdiyi çəkiyə və digər göstəricilərə əsasən əraziyə uyğun izlənilməsini təmin etmək;
- Müştəri məlumat və koordinatlarının , sürücü məlumatlarının və yük avtomobili məlumatlarnı TMS proqramına daxil etmək;
- Günlük olaraq sürücü motivasiyasının işlənərək ayın sonunda raporun hazırlanmasını təmin etmək;
- Günlük olaraq ərazidən gələn problemlər , maliyyət ,əlavə və ya az yürüş etmiş sürücü raporlarını hazırlamaq;
- Əlavə və ya az yürüş etmiş sürücüləri proqram üzərindən araşdıraraq səbəblərini qeyd etmək;
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər tapşırıqları icra etmək;

Tələblər:

- Yüksək qərar vermə bacarığı;
- Komandada işləmək bacarığı;
- Rus dili biliyi;
- MS Office proqramları biliyi(Xüsusilə MS Excel);

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə “Sifariş qruplama mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP