Telemarketinq üzrə mütəxəssis
 
JOB TITLE: Telemarketinq üzrə mütəxəssis
EMPLOYER: Uniform Express DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-05 LAST UPDATED: 2020-03-05 DEADLINE: 2020-04-04

Şirkətimiz haqqında:

Uniform Express” uzun müddətdir ki, istehsal və xidmət sektorunda fəaliyyət göstərən müəssisələrin korporativ imicinin formalaşması, təhlükəsiz iş fəaliyyətinin həyata keçirilmsəi üçün universal geyimlərin istehsalını həyata keçirir. Yüksək peşəkarlığı ilə seçilən dərzilərə, ən müasir texnologiyalara sahib istehsal avadanlıqlarına sahib olan müəssisəmiz beynəlxalq və yerli keyfiyyət standartlarına cavab verən məhsulların yaranmasında iştirak edir.

Məhsul siyahımıza daxil olan tikinti sektoru üçün uniforma və fərdi mühafizə vasitələri, xidmət, servis, tibb və təhsil sekoru üçün geyimlər, həmçinin ofislər üçün dress kod kimi çeşidlərimiz daxildir.

Çox illi istehsal təcrübəsinə malik şirkətimiz İnsan Resursları siyasətinə də xüsusi nəzər yetirir. Şirkətimizin əməkdaşlarının şəxsi inkişafı, müəssisəmizə uyğunlaşması və rəqabətli bazar mühitində xüsusi dəyər sahib olmaları uğrunda daima çalışır, müxtəlif proqramlar həyata keçiririk. Aramıza qatılaraq daim proqresə sahib olan şirkətimizin önəmli bir hissəsinə çevrilə bilərsiniz.

Əsas vəzifə və öhdəliklər:

 Gözəl və səlis diksiya
 Potensial müştəri siyahısını satış departamenti ilə razılaşdırıb telemarketinq fəaliyyətini həyata keçirmək
 Potensial müştərilərlə görüşlərin alınması
 Zənglərin qəbul edilməsi
 Daxil olan və gedən zənglərin analitikasının həyata keçirilməsi
 Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi
 Şirkət xidmətləri və kapaniyalar, yeniliklərlə bağlı müştərilərin məlumatlandırılması

Tələb olunan bilik, bacarıq və səriştələr:

 Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
 Müştərilərə xədimətlərimizi təqdim etmə bacarığı;
 Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Digər Tələblər və İmkanlar:

 Bakalavr təhsili (arzu olunandır);
 Azərbaycan dilində səlis danışmaq, Rus dili arzu olunandır
 Ünsiyyət qura bilmə bacarığı
 İşində dəqiq, məsuliyyətli və nizam-intizamlı olmalı
 Kollektivlə işləmə bacarığı olmalı
 Həftədə 5 gün 09:00 – 18:00 arasında iş saatları
 Korparativ nömrə ilə təmin olunma.
 Əmək haqqı – 300 AZN + satışdan bonuslar

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Telemarketinq üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) info@uniexpress.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP