Aqronom
 
JOB TITLE: Aqronom
EMPLOYER: Grand-Agro İnvitro DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-05 LAST UPDATED: N/A DEADLINE: 2020-04-04

Grand-Agro İnvitro” MMC Azərbaycanın klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması üzrə fəaliyyət göstərən şirkətidir və illik 4 milyon bitki yetişdirmə potensialına malikdir. Qurum bitki toxuması laboratoriyası və xüsusi uyğunlaşdırma göstəricilərinə malik istixana kompleksindən ibarət olub, yerli və beynəlxalq səviyyədə meyvəçilik və tingçilik sektorunda fəaliyyət göstərən müəssisə və institutlarla əməkdaşlıq etməkdədir. Şirkətin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazar rəqabətinə tab gətirə biləcək yüksək keyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur.

Vəzifə: Aqronom

Əsas vəzifələr:

• Laboratoriyadan şüşə istixanaya köçürülən bitkilərin əkildiyi vaxtdan, calaq edilməsindən və ya calaq edilərək göndərilmə prosesinə qədər keçən müddətdə sağlam və keyfiyyətli şəkildə ən az itki ilə yetişdirilməsini təşkil etmək;
• İstixananın bitkilərin əkininə hazır hala gətirilməsini və əkilməsini təşkil etmək;
• Əkin və calaqetmə üçün gigiyenik şəraitin hazırlanmasını təmin etmək;
• İstehsalat planına uyğun olaraq, istixanada əkmə və calaq etmə planını hazırlamaq, əkin planının və ehtiyat bitkilərin qeydə alınmasını təşkil etmək;
• Bitkinin ehtiyacını qarşılayacaq şəkildə istixana daxilində rütubət və temperaturu nəzarət altında saxlanılmasını təmin etmək;
• İsitmə, soyutma, kölgələndirmə, sisləməyə nəzarət edilməsi, isitmə və yanacaq istehlakının qeydiyyata alınmasını təşkil etmək;
• Bitkinin ehtiyacını qarşılayacaq dərəcədə, münasib vaxtda və miqdarda suvarmanın və gübrələmə işlərinin yerinə yetirilməsini təmin etmək;
• İstixanalarda pestisidlərin istifadəsini minimuma endirməklə, xəstəliklərin yayılması və zərərli həşəratların olub-olmadığının yoxlanılmasını həyata keçirmək, İstixana daxilində xəstəlik yayılması və zərərli həşəratların daxil olmasının qarşısını alacaq tədbirlərin görülməsini təmin etmək;
• Bitkilərin şəraitə uyğulaşdırılmasını, boylama proseslərini və calaq etmə işlərinin təlimatlara uyğun olaraq yerinə yetirilməsini həyata keçirmək;
• Aylıq istehlak və ehtiyat məhsullarına dair məlumatların qeydə alınmasını təmin etmək;

Namizədə dair tələblər:

• Ali Təhsil;
• Uyğun sahədə ən azı 3 il iş təcrübəsi;
• Ölkə xarici və rayonlara ezam getmə imkanının olması;

İş şərtləri:

İş vaxtı I - V günlər 08:30-17:30
Şirkət tərəfindən nahar və nəqliyyatla təmin edilmə;
Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Əlaqə:

Tel: 012 5048888

Maraqlanan şəxslər mövzu hissəsinə “Aqronom” yazmaqla öz CV-lərini hr@grandagroinvitro.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP