Tibbi anderaytinq şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Tibbi anderaytinq şöbəsinin mütəxəssisi
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-05 LAST UPDATED: N/A DEADLINE: 2020-04-04

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Tibbi anderaytinq şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 23-32
• Təhsil: Ali, Tibb təhsili mütləqdir
• Dil bilikləri: Azərbaycan (əla), Rus və İngilis dili arzuolunandır
• Kompyuter bilikləri: (MS Office ), əsasən excel biliyinin əla səviyyədə olması

Şəxsi keyfiyyətlər

• Riyazi biliklərə və analitik düşüncəyə malik olması
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Satış bloklarından daxil olan sorğuları cavablandırmaq;
• Riskləri qiymətləndirmək və təkliflər hazırlamaq;
• Sığorta məhsullarının hazırlanmasında iştirak etmək;
• Bütün sığorta xidmətləri və məhsulları üzrə istifadə olunacaq tarif cədvəllərinin hazırlanmasını təmin etmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında
• İş yeri :baş ofis

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ” Tibbi anderraytinq şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP