Sürücü (Manipulyator)
 
JOB TITLE: Sürücü (Manipulyator)
EMPLOYER: AAC MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-06 LAST UPDATED: N/A DEADLINE: 2020-04-05

Vakansiya adı: Sürücü (Manipulyator)

İşin təsviri:

• Yol hərəkəti və texniki istismar qaydalarına riayət edilməsi;
• İşə başlanmazdan əvvəl yol vərəqəsinin tamlığının və düzgünlüyünün nəzərdən keçirilməsi və yalnız tam və düzgün olan yol vərəqələri ilə qarajdan çıxılması;
• İşə başlanmazdan əvvəl yük maşınının texniki vəziyyətinin nəzərdən keçirilməsi;
• Zavoda qayıtdıqda yük avtomobilinin ona aid edilmiş yerdə saxlanılması və yük avtomobilində istismar vaxtı yaranan nasazlığın aradan qaldırılması;
• Yük avtomobilinin gündəlik baxışdan keçirilməsi və onların texniki baxışa hazırlanması;
• Yük avtomobilinin yüklənmə və yükboşaltma yerlərinə düzgün verilməsi qaydalarına riayət edilməsi;
• Yük avtomobilinin yanacaqla və lazımi ehtiyat hissələri ilə təmin edilməsinin tələb edilməsi;
• Yük avtomobilini və qarajın təmiz saxlanılması;
• Yük avtomobilinin saz vəziyyətdə qalmasının təmin edilməsi;
• Yük avtomobili iş zamanı nasaz olduğu halda dərhal onun istismarının dayandırılması və birbaşa rəhbərinə məlumat verilməsi;
• Hər iş günü işə başlanmazdan əvvəl tibbi müayinədən keçilməsi;
• Danışıq və etika qaydalarına riayət edilməsi;

Namizədə tələblər:

- Sürücülük vəsiqəsi (BC)
- Kran sürmək üçün icazə lisenziyası
- Minimum 3 il kran istifadə təcrübəsi
- Yaşayış yeri Qaradağ rayonu olanlara üstünlük verilir
- Rayonlara ezam olunmağa hazır

İş yerinin şərtləri:

- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı razılaşma əsasında
- İş yeri: Qaradağ ray, Səngəçal qəs.
- İş rejimi 5 günlük/saat (08:00-17:00)

Əlaqə üçün hr@aac.az ünvanına “Sürücü (Manipulyator)” başlığı ilə CV –lərinizi göndərməniz xahiş olur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP