Korporativ tənzimləmə üzrə Hüquqşünas
 
JOB TITLE: Korporativ tənzimləmə üzrə Hüquqşünas
EMPLOYER: Telekommunikasiya şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-06 LAST UPDATED: N/A DEADLINE: 2020-04-05

Telekommunikasiya şirkəti Korporativ tənzimləmə üzrə Hüquqşünas vəzifəsi üzrə işçi qəbulu elan edir.

ƏMƏK HAQQI: 1500 AZN (net).

Əsas vəzifə və öhdəlikləri:

• Yeni qaydaların, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
• Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
• Müqavilələrə hüquqi rəy verir, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır;
• Vergi, satınalma, əmək, gömrük və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• Ali Hüquqi Təhsil;
• Azərbaycan Respublikasının konstitusiyasını bilməlidir;
• Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının konstitusiya qanununu bilməlidir;
• Mülki və mülki prossesual məcəllələri bilməlidir;
• Dövlət satınalma haqqında AR qanununu bilməlidir;
• Tenderin və kotirovkaların keçirilməsi qaydalarını tənzimləyən normativ hüquqi sənədləri ilə tanış olmalıdır;
• Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlarını bilməlidir;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
• Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilməlidir;
• Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır;
• Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
• Word, Excel, PowerPoint və Outlook proqramlarını mükəmməl bilməlidir.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Korporativ tənzimləmə üzrə Hüquqşünas) qeyd etməyinizi xahiş edirik: E-ünvan: telecom.corp2015@gmail.com

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP