Əməyin təhlükəsizliyi üzrə mühəndis (regionlar)
 
JOB TITLE: Əməyin təhlükəsizliyi üzrə mühəndis (regionlar)
EMPLOYER: Telekommunikasiya şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-06 LAST UPDATED: N/A DEADLINE: 2020-04-05

Telekommunikasiya şirkəti aşağıdakı bölgələr üçün Əməyin təhlükəsizliyi üzrə mühəndis (Ağsu, Biləsuvar, Gədəbəy, Göygöl, Xaçmaz, Salyan, Samux, Zərdab) vəzifəsi üzrə işçi qəbulu elan edir.

ƏMƏK HAQQI: 278 AZN (gross) – 410 AZN (gross)

Əsas vəzifə və öhdəlikləri:

1. İşçilərin təhlükəsiz iş şəraitini yaradır;
2. Bütün sahələrdə işlərin təhlükəsiz görülməsi məqsədi ilə qanunvericiliyə əsasən həmin iş sahələrinə təlimatları hazırlayır və keçirir;
3. Cavabdeh şəxslərə təlimat jurnalı və təstiq edilmiş təlimat ilə tanış olunmasını təmin edir;
4. Struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahasində işləyən işçilərinin giriş təlimatın, iş yerində ilkin təlimatın, təkrar təlimatın, nöbədən kənar təlimatın və carı təlimatın aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət edir;
5. Şüa mənbəyində işləyən işçilərin fərdi dozimetrlə təmin edilməsini təşkil edir;
6. Dozimetrin təyin olunmuş müddətdə respublika SEM-nə yoxlamağa aparır və sənədləşməsində iştirak edir;
7. Qəbul olunmuş bütün işçilərə giriş təlimatını aparılması, əməyin mühafizəsi üzrə giriş təlimatın jurnalda qeyd edir;
8. Əməyin mühafizəsi ilə əlaqadar sanitar qiqiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir;
9. Quraşdırılmış cıhaz və avadalığın istismarında əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edir;
10. İşçilərin fərdi qoruyucu və iş sahəsində tələb olunan qeyimlə təmin olunmasına nəzarət edir;
11. İşçilərə təhlükəsizlik üzrə təlimlər verir;
12. İşçilərin əmək qanunvericiliyinin və əməyin, texniki və yanğın əleyhinə mühafizəsinin tələblərinə riayət etməsini təmin edir;
13. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali-texniki təhsil;
2. Sahasi üzrə ən azı 1 illik iş təcrubəsi;
3. Azərbaycan dilini mükəmməl bilməlidir;
4. Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları mükəmməl bilməlidir;
5. Kompüter bilikləri üzrə: MS Office (word / excel) və Outlook programlarını mükəmməl bilməlidir;
6. Mövcud qaydalara uyğun sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığı olmalıdır;
7. Azərbaycan Respublikasının əməyin mühafizəsinə aid qanunvericilik və normativ-hüquqi sənədləri üzrə baza biliklərə malik olmalıdır;
8. Əməyim mühafizə üzrə müvafiq sertifikatların mövcudluğu arzu olunandır;
9. Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməlidir.

Müraciət etdiyiniz vəzifənin və rayonun adını e-məktubunuzun mövzu hissəsində qeyd etməyinizi xahiş edirik. Misal üçün: (SƏTƏMM (bölgənin adı)). E-ünvan: telecom.corp2015@gmail.com .

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP