Satış meneceri
 
JOB TITLE: Satış meneceri
EMPLOYER: Halal-P DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-06 LAST UPDATED: N/A DEADLINE: 2020-04-05

Artıq 22 ildir ki «HALAL-P» şirkəti Poliqrafiya sahəsində fəaliyyət göstərir və 20-dən artıq dünya brendlərinin (Konica Minolta, Koenig & Bauer Sheetfed AG & Co. KG, Giesecke &Devrient, Masterwork, Orfix, FUJIFILM, Dainippon Screen, PERFECTA, Schneidemaschinenwerk GmbH, Mondi Group, RİSO, İDEAL və s.) Azərbaycandakı rəsmi distribütorudur. Şirkətimiz qabaqcıl texnologiyalardan yararlanaraq, Azərbaycanda poliqrafiya, ofis və bank sahəsini keyfiyyətli məhsul və peşəkar xidmətlərlə təmin edir, ofset və rəqəmsəl mətbəələrin qurulmasinda iştirak edir və uzun illərdir bu sahədə lider mövqe tutur.

Satış meneceri

Vəzifə öhdəlikəri

• Satış meneceri avadanlıq, proqram həlləri və sərf materiallarının satışı ilə məşğul olur
• Potensial yeni müştərilərin cəlb olunması üçün axtarışlar aparır
• Müştərilərdən daxil olan sorğuların operativ təmin olunmasını həyata keçirir
• Satışın aylıq və illik planını tərtib edir və planı icra edir
• Şirkət məhsulların dərindən öyrənməsi

Tələblər

• Ali təhsil
• Yaş həddi: 22-35 yaş
• Azərbaycan dilində səlis danışıq, İngilis və ya Rus dillərində ünsiyyət bacarıqları
• MS Office proqramları üzrə biliklər
• Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
• Müvafiq sahə üzrə 2 il iş təçrübəsi
• İş həyatında məsuliyyətli,ciddi, işə dəvamiyyətli, ünsiyyətçil olmalı
• Fərdi və komandada işləmək bacarığı
• İşə qarşı həvəsli və yeniliklərə açıq
• Planlama qabiliyyəti və yüksək təşkilatçılıq bacarığı
• Düzgün şifahi nitq qabiliyyətli və xoş görünüş

İş şərtləri

• İş qrafiki: I- V günlər saat 09:00-18:00, şənbə günü saat 09:00-13:00
• İşçi korporativ nömrə ilə təmin edilir
• İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu sətrində “Satış meneceri” qeydi edərək hr@halal.az elektron ünvanına göndərməyi xahiş edirik.

Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP