İnsan Resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis
EMPLOYER: Zeytun Pharmaceuticals DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-10 LAST UPDATED: N/A DEADLINE: 2020-04-09

İnsan Resursları üzrə mütəxəssis

Ümumi tələblər

Müvafiq sahədə ali təhsil
Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi
Yaş həddi: 25-35
MS Office (MS Excel, MS Word, 1C, MS Outlook) proqramlarında işləmə bacarığı
AR Əmək Qanunvericiliyi biliyi və Elektorn Hökumət portalı ilə işləmə bacarığı
Azərbaycan dilində mükəmməl danışma və yazma bacarığı
Rus və ingilis dili bilikləri

Vəzifə öhdəlikləri

• E-gov portalında əməliyyatları icra etmək;
• Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək
• Əmək haqqı kartlarının sifariş olunması
• Kadr kargüzarlığının qanunvericiliyə uyğun tərtib edilməsi (işçilərlə əmək, maddi məsuliyyət müqavilələrinin (əlavə və dəyişikliklərin) bağlanması, sənədləşmənin həyata keçirilməsi və Elektron hökumət portalına daxil edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, işdən çıxan işçilərin sistemdən çıxarılması və s);
• Qüvvədə olan qanunvericiliyə əsasən müvafiq surətdə aylıq iş uçotu tabellərini, məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
• Əmək kitabçalarında qeydlər aparmaq;
• İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
• Kadrlarla bağlı məşğulluq
• Qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin etmək.
• İşçilərlə bağlı dövlət orqanları və rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanması;
• Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
• Şirkətə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmaq və icra etmək

İş şəraiti:

• İş yeri: BEGOC Biznes Mərkəzi
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı 600-800 manat

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi HRDepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP