İR Biznes Tərəfdaş
 
JOB TITLE: İR Biznes Tərəfdaş
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-10 LAST UPDATED: 2020-03-12 DEADLINE: 2020-04-09

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İR Biznes Tərəfdaş

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
Təhsil: Ali
Yaş həddi: 22-30
İşin təsviri: Öhdəliyində olan struktur bölmələrə insan resursları ilə bağlı bütün məsələlərinin həll edilməsində dəstək olur.

Vəzifə öhdəlikləri:

- Ona həvalə edilmiş strukturların ştat cədvəlinin şirkətdaxili qaydalara uyğun idarə edilməsini həyata keçirmək
- Təhlil əsasında açılması və ya ixtisarı təklif edilən ştatlar barədə qərarları müvafiq struktur bölmə rəhbərlərinə təsdiqlətmək
- İşçi tələbləri ilə bağlı axtarış kanallarını müəyyənləşdirilmək, ehtiyac olduğu təqdirdə elanları hazırlamaq və dərc olunmasını təmin etmək
- Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək
- Şirkətdə müəyyən müddət çalışıb ayrılmış və təkrar işə qəbul olmaq üçün müraciət etmiş namizədlərin öncəki iş fəaliyyətlərini araşdırmaq, ehtiyac olduqda əvvəlki rəhbərlərdən rəylər almaq
- İşə qəbul edilmiş işçilərin sınaq müddətini təqib etmək, nəzərdə tutulan müddətin sonunda birbaşa rəhbərindən müvafiq qeydlər aparılmış sınaq müddəti qiymətləndirmə formasını tələb etmək
- Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək

Tələblər:

- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Nitq və yazışma qabiliyyəti;
- Qida Sahəsində təcrübə;
- AR-nın Əmək Məcəlləsi qanunlarını bilmək,
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramından sərbəst istifadə etmək bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: Eli.Qurbanzade@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “İR Biznes Tərəfdaş” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP