Hüquqşünas (Korporativ sahə üzrə)
 
JOB TITLE: Hüquqşünas (Korporativ sahə üzrə)
EMPLOYER: Global Management DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-11 LAST UPDATED: N/A DEADLINE: 2020-04-10

Hüquqşünas (Korporativ sahə üzrə)

Tələblər :

- Hüquq elmləri üzrə ali təhsil;
- Mülki, əmək, vergi qanunvericiliyi üzrə biliklər;
- Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dili yüksək səviyyədə;
- Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir

Davranış səriştələri:

- Analitik düşüncə qabiliyyəti
- Detallara diqqət
- İnandırıcılıq
- Qərar vermə
- Yazı qabiliyyəti
- Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
- Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;

Vəzifə öhdəlikləri:

- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların aparılması, hazırlanması;
- Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
- Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
- Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

E-mail: hr@management.az ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP