Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Az-Granata MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-11 LAST UPDATED: N/A DEADLINE: 2020-04-10

Hüquqşünas

Tələblər :

- Hüquq elmləri üzrə ali təhsil;
- Mülki, əmək, vergi qanunvericiliyi üzrə biliklər;
- Hüquq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dili orta səviyyədə;

Vəzifə öhdəlikləri:

- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların aparılması, hazırlanması;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
- Hüquqi məsələlərlə bağlı digər tapşırıqları icra etmək;

E-mail: cv@azgranata.az ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP