Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-17 LAST UPDATED: N/A DEADLINE: 2020-04-16

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Mühasib

Vəzifə öhdəlikləri:

- E-taxses.gov.az vergi portalında işləmək;
- E-Qaimə Fakturaların tərtib edilməsi, göndərilməsi və nəzarətdə saxlanılması;
- Bank əməliyyatları ilə bağlı daxili və xarici köçürmələrin həyata keçirilməsi;
- Gündəlik və aylıq vergi, DSMF və digər hesabatların tərtib edilməsi;
- Gündəlik əməliyyatların 1C 8.3 proqram təminatına işləmək.

Namizədə tələblər:

 Yaş: 22-35 yaş;
 Ali təhsilli (Üstünlük veriləcək İqtisadiyyat sahəsini bitirənlərə) ;
 Microsoft ofis proqramlarından Excel, Word yaxşı istifadə bacarığı;
 Azərbaycan Respublikasının Vergi Məcəlləsini nəzəri biliklərin olması arzu olunandır;
 1C-in 8.3 proqram təminatında təcrübə olmalıdır;
 Problemləri həll etmə, vəzifə öhtəliklərini tam və vaxtında icra etmək bacarığı olmalıdır;

İş şəraiti:

 AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
 İş qrafiki: Həftənin 6 günü.
 Əmək haqqı : Müsahibə zamanı təyin ediləcək.
 İş yeri: Masazır q. Qurtuluş YK-nin yaxınlığı.
 20 Yanvar metrosu, Sumqayıt şəhəri və Xırdalandan işçilərin daşınması üçün servis xidməti mövcuddur.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP