Mobil tətbiq üzrə marketinq eksperti
 
JOB TITLE: Mobil tətbiq üzrə marketinq eksperti
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-04-24 LAST UPDATED: N/A DEADLINE: 2020-05-24



“ABB” ASC Marketinq departamentinə Mobil tətbiq üzrə marketinq eksperti vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

 KPI üzrə məhsulun bazar fəaliyyətinə nəzarət etmək və inkişaf etdirmək;
 Təyin olunmuş KPI-lar üzrə lead və konversiya əsaslı kampaniyaların həyata keçirilməsi;
 Məhsul üzrə kampaniyaların qurulmasına və icrasına nəzarət;
 Yeniliklər üzrə push notification və e-mail kontentin hazırlanmasına nəzarət və göndərilməsini təmin etmək;
 Kampaniya və əməliyyat izləmələrini həyata keçirmək üçün SDK-ların və tədbirllərin yaradılmasına nəzarət və tətbiqin IT komandası ilə prosesin koordinasiya edilməsi;
 Aylıq hesabatların tərtibi;
 Tətbiqin fəaliyyəti üzrə dashbord-ların qurulması və məlumatların mütəmadi olaraq yenilənməsi.

Bizim üçün ideal namizəd:

 Rəqəmsal marketinq sahəsində minimum 5 il iş təcrübəsi olan;
 APP Marketlər üzrə SEO biliyi olan;
 E-mail marketing üzrə biliklərə sahib;
 Push notification məsələlərinə hakim olan;
 Google Analytics və Facebook analytics üzrə mükəmməl bilik səviyyəsi olan;
 Facebook və Google üzrə APP reklamlar ilə işləməyi bacaran;
 Kampaniyalar üzrə tam olaraq müştəri yolunu qura bilmə və idarəetmə bacarığı olan;
 Tətbiq üzərindən gələn rəqəmsal sorğuların toplanması və emalı proseslərinə tam bələd olan şəxsdir;
 E-ticarət və ya bank sektorunda çalışması əlavə üstünlükdür;
 AppAnnie, Adjust kimi alətlərlə iş təcrübəsi əlavə üstünlükdür.

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi 15 may 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mobil tətbiq üzrə marketinq eksperti” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP