Korporativ satış üzrə baş mütəxəssis
 
JOB TITLE: Korporativ satış üzrə baş mütəxəssis
EMPLOYER: Standard Insurance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-04-27 LAST UPDATED: N/A DEADLINE: 2020-05-27

ASC “Standard Insurance” Sığorta Şirkəti öz fəaliyyətini milli, beynəlxalq və korporativ standartların tələblərinə uyğun aparır.

ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayından təsis edilmiş, həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlamışdır. ASC “Standard Insurance” SŞ “AB Standard” Şirkətlər qrupunun üzvüdür. Fəaliyyətə başladığı qısa müddətdə Şirkətimiz Azərbaycanın ən sürətli inkişaf edən sığorta şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda şirkət 4 növ icbari, 24 növ könüllü sığorta xidməti göstərir.

Şirkətimizin başlıca prinsipi müştəri məmnuniyyətidir. Bu istiqamətdə tərəfimizdən daim yeni-yeni layihələr hazırlanır və icra olunur. Şirkətimiz geniş fərdi və korporativ müştəri bazasına malikdir.

Korporativ satış üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri:

1. Satışla bağlı müəyyən olunmuş planı yerinə yetirmək;
2. Yeni korporativ müştərilərin axtarışı, görüşlərin keçirilməsi, müştəri cəlb edilmək;
3. Sığorta məhsulları haqqında müştəriyə dolğun məlumat vermək;
4. Müştəri ehtiyacına uyğun sığorta təklif etmək;
5. Müştərinin sığorta xidmətlərinə olan tələbatlarını öyrənmək və analiz etmək;
6. Müştəri xidmətinin və məmnuniyyətini təmin etmək.

Namizəddən tələblər:

1. Ali təhsil;
2. Sığorta sahəsində minimum 3 il iş təcrübəsi;
3. Azərbaycan, rus dillərini bilmək;
4. MS Office proqramların bilmək;
5. Komandada işləmək bacarığı;
6. Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
7. Stressə davamlılıq;

İş qrafiki həftənin 5 günü saat 09:00-18:00

Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV hr@standardinsurance.az elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP