Dülgər
 
JOB TITLE: Dülgər
EMPLOYER: ATEF Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-04-28 LAST UPDATED: N/A DEADLINE: 2020-05-28



“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Dülgər” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
Əmək haqqı: Müsahibədən sonra müəyyənləşdiriləcəkdir.

İş şəraiti

• 6 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Ağacı dəzgah vasitəsilə kəsmək, yonmaq, yığmaq, düzəltmək və tələb olunan formaya salmaq;
• Dəzgahda konstruksiyaların ağac elementlərinin və digər ağac məmulatının düzəldilməsi, modifikasiyası və təmirini həyata keçirmək;
• Qapılar, qapı və pəncərə çərçivələri, örtük, panellər kimi daxili və xarici elementlərin uyğunlaşdırılması, yığılması və dəyişdirilməsini təmin etmək;
• Dəzgahda ağac detalların kəsilməsi, yonulması, uyğunlaşdırılması və yığılmasını həyata keçirmək;

Tələblər:

• Ali və ya texniki təhsilli;
• Mebel və ağac emalı (Ağac, MDF və DSP və s. materiallardan istifadə olunur) sahəsində minimum iş təcrübəsi 3 il;
• Avropəncərə istehsalı və boyama ilə bağlı biliklərinin olması;
• Ağac emalının texnologiyasını bilməlidir;
• Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir;
• Yaş həddi 30-50;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Dülgər”  mövzu bölməsində göstərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP