Mebel sahəsi üzrə sex rəisi
 
JOB TITLE: Mebel sahəsi üzrə sex rəisi
EMPLOYER: ATEF Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-04-28 LAST UPDATED: N/A DEADLINE: 2020-05-28



“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Mebel sahəsi üzrə sex rəisi” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
Əmək haqqı: Müsahibədən sonra müəyyənləşdiriləcəkdir.

İş şəraiti

• 6 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• İstehsal prosesini planlaşdırmaq;
• İstehsalın plana uyğun təşkil edilməsi və istehsal prosesinə nəzarət etmək;
• Xammalın uçotu aparılmasını həyata keçirmək;
• İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət etmək;
• Sahələrin inkişafı üçün modernləşmə və əmək məhsuldarlığının artırılmasını təmin etmək;
• Usta və operatorların işinə birbaşa nəzarət etmək;
• İstehsal olunan məhsullar haqqında hesabat hazırlamaq;

Tələblər:

• Ali və ya texniki təhsilli;
• Mebel və ağac emalı (Ağac, MDF və DSP və s. materiallardan istifadə olunur) sahəsində minimum iş təcrübəsi 5 il;
• Avropəncərə istehsalı və boyama ilə bağlı biliklərinin olması;
• MS Office ( Word, Excel, Power Point) proqramlarında işləməyi bilməli;
• Тexniki sənədlərin oxunmasını bacarmalıdır;
• Ağac emalının texnologiyasını bilməlidir;
• Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir;
• Yaş həddi 30-45;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mebel sahəsi üzrə sex rəisi” Mövzu bölməsində göstərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP