Elektrik ustası
 
JOB TITLE: Elektrik ustası
EMPLOYER: Estet DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-04 LAST UPDATED: N/A DEADLINE: 2020-06-03

Estet şirkəti 23 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik məhsulları və laboratoriya avadanlıqlarının layihələndirilməsi, satışı və montajı ilə məşğul olur. Şirkət , bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir və ``Elektrik ustası`` vəzifəsi üzrə işçi axtarışındadır.

Vəzifə və öhdəliklər:

• Tava montaj etmək
• Müxtəlif kabellərin çəkilməsi və sonlandırılması
• Panoların yığılması və montajı
• Yanğın siqnalizasiya, CCTV, Komyuter şəbəkəsi, UPS, Generator, işıqlandırma və digər elektrik və zəif axım avadanlıqlarının montajı, testi və devrəyə alınması

Namizədə olan tələblər:

• Minimum orta təhsil
• Kişi, yaş həddi 22-30
• Elektrik və zəif axım ustası olaraq ən az 3 il böyük proyektlərdə təcrübəli

Namizəddə olan bacarıq və keyfiyyətlər

• Məsuliyyətli, punktual, dürüst
• Komandada işləmək bacarığı
• Problemləri həll etmə bacarığı;
• Yüksəklik qorxusu olmayan
• Elektrik proyekt çizimlərini oxuya bilən və anlayan
• Rayonlarda işləyə biləcək

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV -lərini a.yusubov@estet.az elektron ünvanına Subject/Mövzu hissəsində “Elektrik Ustası ” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP