Baş mühəndis
 
JOB TITLE: Baş mühəndis
EMPLOYER: Yeni Qalaaltı Hotel Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-06 LAST UPDATED: N/A DEADLINE: 2020-06-05

Qalaalti Hotel & Spa yeni və gözəl arxitekturaya malik, Bakı şəhərindən cəmi 120 km məsafədə Şabran şəhərində yerləşən müalicəvi və istirahət kompleksidir. Bu kompleks digərlərindən öz unikal müalicəvi suyu, müasirliyi və rahatlığı ilə fərqlənir. Otel 157 superior-class, 16 suite otaq və müxtəlif dizaynlı 3 villaya malikdir.

Qalaaltı Otel & Spa Şabran şəhərində Texniki komandasına qoşulmaq üçün müxtəlif istedadlara malik açıq fikirli və enerjili Baş mühəndis vəzifəsində çalışaraq Texniki şöbəyə rəhbərlik edəcək mütəxəssis axtarır.

Bir başa Baş menecerə hesabat verərək Baş mühəndis yüksək səviyyəli, sürətli mühitdə işləyəcək. Xüsusilə, aşağıda qeyd olunmuş öhdəlikləri yüksək standartlara uyğun şəkildə yerinə yetirilməsi tələb olunur.

Vəzifə öhdəlikləri:

• Texniki şöbə heyyəti üçün effektiv iş qrafiki hazırlamaq, bu qrafiklərə riayət olunmasına nəzarət etmək;
• Bütün qurğu və sistemlərin daima yaxşı və işlək vəziyyətdə olmasını təmin etmək;
• Qonaqlara xidməti ən yaxşı səviyyədə həyata keçirmək və ortaya çıxan problemləri dərhal həll etmək üçün Təmizlik ,İaşə, Qəbul-qeydiyyat və digər əlaqədar şöbələrlə sıx əməkdaşlıq etmək;
• Şöbənin aylıq maliyyə nəticələrini ciddi nəzərdən keçirmək, cari xərclər smetasını və illik büdcəsini hazırlamaq, yekunlaşdırmaq və proqnozlaşdırmaq;
• Otelin xarici görünüşünün və MEP işləri də daxil olmaqla texniki effektivliyinin təmin edilməsi,
• Texniki şöbə heyyətinin sezonluq və illik planlaşdırılması və büdcəyə nəzarət vasitəsilə bütün əməkdaşların effektiv və məhsuldar fəaliyyətini təmin etmək;
• Ekoloji mühiti dəstəkləmək üçün oteldaxili ekoloji təşəbbüsləri yerinə yetirmək;
• Texniki xidmət işçilərinin HVAC, AHU, qaynama qazanları (boyler), soyuducu kamera, nasoslar, avtomatik nəzarət sistemləri, elektrik şəbəkəsi, sanitar qovşaqlar, isti və soyuq su sistemləri və s; kimi sistemlərin fəaliyyətinə, baxımına nəzarət etmək, həmin sistemlərin nasaz olması zamanı görülən işləri koordinasiya etmək və lazım gəldikdə birbaşa özünün müdaxilə etməsi;
• Yanğından mühafizə sistemlərinin işlək vəziyyətdə olmasını müntəzəm yoxlamaq;
• Bütün sistem və proseduraların cari şərtlərə uyğunlaşdırılmasını və otelin standartlarına əməl olunmasını təmin etmək;
• Texniki xidmət işçilərinin və kənar podratçıların işçilərinin fəaliyyətinə nəzarət və işlərin otelin keyfiyyət standartlarına uyğun olmasına nəzarəti həyata keçirmək
• Texniki anbara nəzarəti təmin etmək;
• Otelin elektrik, qaz, su və digər vasitələrdən təminatına və sərfiyyatın optimallaşdırılmasına nəzarət etmək;
• Əməyin təhlükəsizliyi və mühafizəsi qaydalarına necə əməl olunduğuna daima nəzarət etmək və riskli vəziyyətlərə aid yerli qanunvericilikdə nəzərdə tutulan proseduralar haqqında tam məlumata malik olmaq.

Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün aşağıdakı bacarıq və ixtisas tələb olunur:

• Ali təhsil, aidiyyatı sahədə ən azı 3 il iş təcrübəsi;
• Microsoft Office proqramları (Word, Excel) üzrə yaxşı səviyyəli biliklər;
• Gərgin iş şəraitində işləmək bacarığı, qətiyyət və çalışqanlıq, komandada işləmə bacarığı;
• Elektrik, santexnika, havalandırma sistemləri və inşaat sahəsinə aid biliklərə sahib olmaq;
• Otel sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi galaalti.recruitment@pmdhospitality.az elektron ünvanına göndərə bilərsiniz.

"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP