Regionlar üzrə Ofis meneceri
 
JOB TITLE: Regionlar üzrə Ofis meneceri
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-06 LAST UPDATED: N/A DEADLINE: 2020-06-05



“ABB” ASC Regionlar üzrə Ofis meneceri vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:

• Gəncə
• Qazax
• Qəbələ
• İmişlı
• Ismayıllı
• Səlyan
• Masallı
• Cəlilabad
• Naxçıvan

Görəcəyiniz işlər:

• Məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasının formalaşdırılması;
• Daxili təchizat-təminat məsələlərinin idarəedilməsi.
• Müştəriləri nəzakətli qarşılamaq, onların ilkin tələbatlarını öyrənmək

Bizim üçün ideal namizəd:

• Ali təhsilli
• MS Office proqramları iş bacarığı olan
• Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir)
• Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləyən və yüksək səviyyədə bilən şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 May 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ofis Meneceri (Region adı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP