Hesablaşmalar üzrə Mütəxəssis (Monitorinq şöbəsi)
 
JOB TITLE: Hesablaşmalar üzrə Mütəxəssis (Monitorinq şöbəsi)
EMPLOYER: Logistik şirkət DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-07 LAST UPDATED: N/A DEADLINE: 2020-06-06

Vakansiya: HESABLAŞMALAR ÜZRƏ MÜTƏXƏSSİS (MONİTORİNQ ŞÖBƏSİ)

Logistik şirkət.
Ünvan: Bakı
Müraciət üçün son tarix: 31 May 2020-ci il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (HESABLAŞMALAR ÜZRƏ MÜTƏXƏSSİS (MONİTORİNQ ŞÖBƏSİ)) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək hrlogisticsaz@gmail.com göndərin.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

1. Sənədlərin emalı, tariflərin hesablanıb yoxlanılması və qarşılıqlı hesablaşma aparılması;
2. Müştərilərlə aylıq üzləşmələrin, qarşılıqlı hesablaşmaların və yekun razılaşdırılmış hesabatların üzləşmə aktlarının bağlanması üçün Mühasibatlıq şöbəsinə göndərməsi;
3. Gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin nəzərdən keçirilməsi və Cəmiyyətin proqram təminatına daxil edilməsi;
4. Beynəlxalq daşınma xidmətlərinə görə daxil olan sənəd və hesabların yoxlanması, aidiyyatı üzrə müştərilərin aylıq daşınma hesabatlarına müvafiq əlavələr edilməsi;
5. Müəyyən olunmuş tərəfdaş ölkələrin tariflərini hesablaması və hesablanmış tariflərə uyğun olaraq üzləşmələrin aparılması;
6. Daşınan yüklərin qarşılıqlı hesablaşmasını aparmaq və lazım gəldikdə imtina məktublarını hazırlamaq;
7. Sərhəd keçid stansiyalarındakı əməkdaşlarla əlaqə saxlamaq və sistemə daxil edilən yanlış məlumatlara doğru şəkildə düzəliş edilməsini təqib etmək;
8. Aylıq və illik hesabatların son variantlarını şöbə rəisinə təqdim etmək;
9. Şöbəni fəaliyyəti ilə əlaqədar statistik məlumatlar hazırlamaq

NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:

Təhsil: Ali (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə);

Təcrübə: Logistika sahəsində minimum 3 illik iş təcrübəsi (Monitorinq və hesablaşmalar üzrə fəaliyyət göstərən əməkdaşlarına üstünlük verilir);

Ümumi fərdi keyfiyyətləri:

• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;

Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dilləri mütləqdir;
Kompüter billikləri: MS Office (Word, Excel,Outlook, Power Point) proqramları üzrə biliklər;

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP