Marketinq kommunikasiyaları üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq kommunikasiyaları üzrə mütəxəssis
EMPLOYER: Facility Management Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-07 LAST UPDATED: N/A DEADLINE: 2020-06-06

 

Marketinq kommunikasiyaları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Marketinq kommunikasiyaları üzrə strategiya və taktiki tədbirlərin hazırlanmasında marketinq menecerinə dəstək göstərmək;
- Marketinq kommunikasiyaları ilə bağlı kampaniyaların uğurla həyata keçirilməsinə nəzarət etmək;
- Websaytlar, sosial media, “leads generation”, küçə reklamı və digər kommunikasiya kanallarının miksini layihələr üzrə tərtib etmək və əsaslandırmaq;
- Bütün kommunikasiyaların kontentinə nəzarət etmək və lazımi hallarda yaratmaq;
- Rəqiblərin kommunikasiyasını təhlil etmək;
- Şirkətin korporativ kommunikasiyası üzrə təkliflər vermək və ona nəzarət etmək;
- Agentliklər və digər tərəfdaşlarla görüşlər keçirmək, onların performansı haqqında məlumat toplamaq;
- Əmlak sektorunda əmlakın bazara yeridilməsi ilə bağlı ideyalar vermək;
- Layihələrin icrasında cari menecmenti həyata keçirmək.

Vəzifə üzrə tələb və bacarıqlar:

- Marketinq sahəsində 3 illik təcrübə ilə yanaşı inkişaf potensialını nümayiş etdirmək;
- Hədəf seqmentlərin identifikasiya və təhlil olunmasında, onlar üçün müvafiq kommunikasiya kanallarının seçilməsində təcrübəyə malik olmaq;
- Kommunikasiyalar üçün hədəfə yönəldilmiş kontentin seçilməsi qabiliyyətinə malik olmaq;
- Kommunikasiya smetalarını tərtib etmək;
- Yeni trendləri mütəmadi olaraq izləmək;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;

Xahiş olur CV-lərinizi Marketinq kommunikasiyaları üzrə mütəxəssis başlığı altında hr@fmg.az e-mail ünvanına yollayasınız.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP