Avtomobil satışı üzrə mütəxəssis
 
JOB TITLE: Avtomobil satışı üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-12 LAST UPDATED: 2020-05-12 DEADLINE: 2020-06-11

YENİ LAYİHƏ ( AVTO )

Avtomobil satışı üzrə mütəxəssis

Namizədə tələblər

• Ali təhsil
• Azərbaycan və Rus dili biliyi
• 25-35 yaş həddi (xanım və ya bəy namizədlər)
• Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik namizədlərə üstünlük veriləcək
• Kompüter bilikləri, 1C
• Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və inandırma bacarığı

Vəzifələr

• Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda olan avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək.
• Salona daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun avtomobillər haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olub bundan sonra da müştəri müraciət etdiyi halda satış prosesini davam etmək və prosesi başa çatdırmaq.
• Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək.
• Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV hr@srgroupco.com elektron ünvana təqdim edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP