Maliyyə analitiki
 
JOB TITLE: Maliyyə analitiki
EMPLOYER: Göygöl Təhsil Mərkəzi (Gəncə) DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-13 LAST UPDATED: N/A DEADLINE: 2020-06-12

Şirkət: Göygöl Təhsil Mərkəzi

Təhsil Mərkəzi 2012-ci ildə Göygöl rayonunda abituriyent hazırlığı kimi fəaliyyətə başlamışdır. Şirkət hal-hazırda 5 filialda (2 filial - Gəncə, 2 filial - Göygöl, 1 filial - Şəmkir) və aşağıdakı xidmətlər üzrə fəaliyyət göstərərək, böyüməkdə davam edir. Hədəfimiz milli təhsil brendi yaratmaq və bütün ölkə üzrə genişlənməkdir.

- Abituriyent hazırlığı
- Magistr hazırlığı
- Dövlət qulluğuna hazırlıq
- Təkmilləşdirmə kursları
- Xarici dili kursları
- Kompüter kursları
- Məktəbəqədər və ibtidai sinif hazırlıqları
- Müəllimlərin işə qəbul (MİQ) imtahanlarına hazırlığı

Şirkət haqqında ətraflı məlumat - https://www.facebook.com/GoygolTM/

Vakansiya: Maliyyə analitiki

İş yeri: Gəncə şəhəri
Əmək haqqı: 600 - 1000 AZN (Müsahibə əsasında) 

Əsas vəzifə və öhdəlikləri

- Şirkətin maliyyə vəziyyətinin təhlil olunması;
- Nağd pul vəsaitlərin hərəkətlərinə nəzarət, maliyyə risklərin qiymətləndirilməsi;
- Maliyyə hesabatlarının hazırlanması və göstəricilərinin analizi;
- İllik büdcə planlamasının təyini, qənaət rejimi üzrə təkliflərin hazırlanması

Namizədə tələblər:

- Ali təhsil (Maliyyə, Biznesin idarə olunması və digər iqtisadi yönümlü ixtisaslar üstünlükdür)
- Müvafiq sahə üzrə 1 ildən az olmayaraq iş təcrübəsi
- Məsuliyyətlilik,dəqiqlik,güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması,
- Yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzu olunandır

Vakansiyaya müraciət üçün CV-lərin 25.05.2020-ci il tarixinədək “Maliyyə analitiki” başlığı ilə hr.goygoltm@gmail.com mail ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP