Senior UI/UX Dizayner (App Və Veb)
 
JOB TITLE: Senior UI/UX Dizayner (App Və Veb)
EMPLOYER: Netgroup of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-18 LAST UPDATED: N/A DEADLINE: 2020-06-17



NetGroup şirkəti haqqında

Biz yeni ideyalar və innovasiyalar şirkətiyik. Şirkətimiz ən yeni texnologiyalardan istifadə edərək, biznes təyinatlı proqram təminatları, veb layihələr, mobil tətbiqlərin yaradılmasını, brendinq, dizayn, rəqəmsal marketinq və geniş çeşidli reklam xidmətlərini təklif edir.

Məqsədimiz müştərilərimizin biznesinin genişlənməsinə və inkişaf etməsinə dəstək olmaqdır. Şirkətimiz sənaye, tikinti, maliyyə, avtomobil, turizm və digər sahələrdə çalışan bir sıra iri şirkətlərə geniş çeşidli xidmətlər göstərir.

Senior UI/UX DİZAYNER (APP VƏ VEB)

Vəzifə öhdəlikləri:

• Product Owner və Developer-lər ilə birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
• Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
• Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
• Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi

Bilik, bacarıq və təcrübə:

• Biznes tələblərə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında minimum 3 il təcrübə;
• Araşdırma, qiymətləndirmə və analitika bacarığı;
• Dizaynların doğruluğunun və biznes tələblərə cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübə;
• Usability və A/B testing proseslərinin təşkili üzrə təcrübə;
• Yüksək səviyyədə visual dizayn qabiliyyəti;
• Sketch, Figma, Adobe CS, Principle, XD və ya Studio proqramlarının istifadəsində təcrübə;
• Yaxşı səviyyədə interaction dizayn qabiliyyətləri və ya vizyonu;

İş şəraiti:

İş saatı 10:00-19:00 (5 günlük iş qrafiki)
İş yeri şəhərin mərkəzində yerləşir
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

E - mail: sales@netgroup.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP