Strateji araşdırma və təhlil üzrə mütəxəssis
 
JOB TITLE: Strateji araşdırma və təhlil üzrə mütəxəssis
EMPLOYER: Azərbaycan Sənaye Korporasiyası ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-18 LAST UPDATED: N/A DEADLINE: 2020-06-17



Strateji araşdırma və təhlil üzrə mütəxəssis

Vəzifələri:

• Korporasiyanın fəaliyyət istiqamətləri üzrə strateji araşdırma və təhlil üzrə işlərin görülməsi, o cümlədən strateji layihələrin hazırlanması mərhələsində müvafiq tədbirlərin icrası;
• Korporasiyanın məsul olduğu strateji yol xəritələri, dövlət proqramları və digər normativ hüquqi aktlarla müəyyən edilmiş tapşırıqların icrasının monitorinqinin aparılması;
• Korporasiyanın müvafiq sahələrdə olan fəaliyyətini təhlil edilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərin verilməsi;
• Proqnozların icrasına nəzarət edir, müvafiq iqtisadi-statistik təhlillərin aparılması, sahənin inkişafı ilə bağlı təkliflərin verilməsi;
• Müvafiq sahənin əsas maliyyə, texniki-iqtisadi göstəricilərini təhlil edilməsi, statistik göstəricilərin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflərin verilməsi;
• Strateji inkişaf planlarının icrasının aidiyyəti struktur bölmələri ilə birlikdə monitorinqini aparılması və rəhbərliyə məlumatın verilməsi;
• İnvestisiya layihələrinin hazırlanmasında iştirak edilməsi, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üzrə müəyyən köməkliyin göstərilməsi və müəyyən araşdırmaların aparılması;
• Sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanmasında aidiyyəti struktur bölmələrinə müəyyən dəstəyin göstərilməsi;
• Müvafiq sahələr üzrə göstəricilərin dünya ölkələri ilə müqayisəli təhlillərini aparmaq və göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar təkliflərin verilməsi;
• Statistik hesabat formalarının təkmilləşdirilməsi və statistik göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar aidiyyəti struktur bölmələri ilə birlikdə təkliflərin verilməsi;
• Müvafiq sahələr üzrə islahatların aparılmasında aidiyyəti struktur bölmələri ilə birlikdə iştirak edilməsi;
• Korporasiyanın fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında aidiyyəti struktur bölmələri ilə birlikdə iştirak edilməsi;
• Hesabat məlumatlarının reallığının, düzgünlüyünün və tamamlığının yoxlanılması və təmin olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması
• Məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
• Műəssisələrin inkişaf perspektivlərinin araşdırılması və bu sahədə təkliflərin hazırlanması;
• Rəqabət mühitinin təhlili, mövcud və potensial inkişaf perspektivlərinin araşdırılması;
• Statistik məlumatların toplanması və műəssisələrdə gələcək inkişafı proqnozlarının verilməsi;
• Strateji məqsədlərə çatmaq üçün əsas göstəricilərin təhlili və rəqəmsəl plan göstəricilərin hazırlanması;
• Biznes modellərin hazırlanması;
• Layihələr ilə bağlı analitik hesabatların hazırlanması və müvafiq arayışların yazılması;

Əsas tələblər:

• Tətbiqi riyaziyyat və ya maliyyə iqtisadiyyat sahəsində ali təhsil;
• Azərbaycan, rus və ingilis dillərdində sərbəst danışmaq və yazmaq;
• Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
• Hesabatların hazırlanması və vizuallaşdırılması üzrə iş təcrübəsi;
• ACCA, CFA və müvafiq sahədə digər beynəlxalq sertifikatların olması;
• MS Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmək bacarığı;
• SPSS/STATA/R, Tableau/PowerBI və ekonometrika üzrə biliklərin olması üstünlükdür;
• Analitik mühakimə etmək qabiliyyəti;
• Təşkilati və təqdimat bacarıqları;
• Araşdırma və tədqiqat bacarıqları;
• Ünsiyyət və komandada işləmək bacarığı;
• İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Gərgin iş qrafikində işləmək bacarığı;

Maraqlanan şəxslər mövzu hissəsində vakansiyanın adını yazmaqla, CV-ləri hr@ask.gov.az e-mail ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP