Korporativ satış mütəxəssisi
 
JOB TITLE: Korporativ satış mütəxəssisi
EMPLOYER: HR Option DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-19 LAST UPDATED: N/A DEADLINE: 2020-06-18

Şirkət: HR Option

Vakansiya: Korporativ satış mütəxəssisi

* İş yeri: Bakı
* İş rejimi: 6 günlük
* İş vaxtı: 09:00-18:00

İş haqqında:

● Müxtəlif kanallarla (telefon, e-mail, sosial şəbəkələr və s.) korporativ müştərilərlə əlaqə saxlayıb görüşmək və müştəri bazasını formalaşdırmaq;
● Korporativ müştərilər üçün xidmət təklifi paketi və qiymət təklifini hazırlamaq;
● Şirkətin təklif etdiyi xidmətlərin təqdimatını hazırlamaq və həyata keçirmək;
● Potensial müştəri olan müəssisələrin e-mail, telefon, birbaşa görüş və s. kimi vasistələrlə şirkətin məhsullarına ehtiyac və tələbini üzə çıxarmaq
● Mütəmadi olaraq korporativ müştərilərlə görüşlərin təşkil olunması və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsini təmin etmək;
● Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlər aparmaq və hesabatlar hazırlamaq;
● Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək
● Şirkətin təlim və s. kimi fəaliyyətləri ilə bağlı individual müştərilərin suallarını cavablandırmaq, müvafiq paketlərin sərfəli şərtlərlə satışını həyata keçirmək
● Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;
● Müştərilər üçün müqavilələri hazırlamaq, onların səlahiyyətli şəxslər tərəfindən imzalanmasını həyata keçirmək
● Müştərilərə hesab fakturaları hazırlayıb təqdim etmək və mühasibatlıqla əlaqə saxlayaraq e-qaimələrin göndərilməsinə nəzarət etmək
● Müştərilərdən ödənişlərin vaxtında və razılaşdırılmış həcmdə yığılması üçün onlarla telefon, email və s. kimi vasitələrlə əlaqə saxlamaq və ödənişləri almaq

Tələblər:

● Ali təhsil;
● Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi bəyəniləndir.
● Azərbaycan dili (yazılı və şifahi)- yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür);
● MS Office proqramlarında (Word, Excel, Power point) – yaxşı səviyyədə işləmə bacarığı;
● Dürüstlük, məsuliyyətlilik, çeviklik bacarıqları
● Təhliletmə bacarığı, ünsiyyət və təqdim etmə, problem həlletmə
● Təşəbbüskarlıq, məqsədyönlülük, yenilikçilik bacarıqları.

Uyğun və maraqlanan şəxslər vakansiya ilə əlaqədar info@hroption.az e-mail ünvanına müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP