Körpülü kran maşinisti
 
JOB TITLE: Körpülü kran maşinisti
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-19 LAST UPDATED: N/A DEADLINE: 2020-06-18

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Körpülü kran maşinisti”

Əmək funksiyası:

 İş başlamazdan əvvəl təlimatlara əsasən istifadəsində olan körpülü kranın işlək hissələrinin, köməkçi vasitələrinin (tros, sapan, qarmaq vəs) sazlığına və istifadəyə yararlılığını yoxlayır;
 Yüklərin daşınması zamanı digər işçilərin, özünün və avadanlıqların təhlükəsizliyini təmin etməlidir;
 Əridiləcək metalın soba yükləmə arabasına doldurur;
 Çalovların çalov isitmə sahəsinə aparılması və gətirilməsini həyata keçirir;
 Çalovların təmiri zamanı çalovçulara köməklik göstərir;
 Maye metalın tökmə sahəsinə daşınmasını və qəliblərə tökülməsi zamanı körpülü kranı idarə edir;
 Sobanın əsaslı təmirində iştirak edir;
 Əritmə sahəsində digər yük qaldırma işlərində iştirak edir

Namizədə tələblər:

 Orta təhsil
 Diplom və ya sertifikat
 İstehsal sahəsində 2-3 il iş təcrübəsi
 İşçi Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazidə qalmalıdır

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Körpülü Kran maşinisti” başlığı altında qeyd edərək Nermin.Valehqizi@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP