Mebel sexinin inzibatçısı
 
JOB TITLE: Mebel sexinin inzibatçısı
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-20 LAST UPDATED: N/A DEADLINE: 2020-06-19



"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq

Vakansiya: Mebel sexinin inzibatçısı

Tələblər:

• Təhsil: Ali və ya orta ixtisas
• Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Mebel istehsalında minimum 1 il idarəetmə üzrə təcrübəsi olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Microsoft Office; 1C proqramlarında işləməyi bacarmalı.

Əsas vəzifələr:

• Mebel istehsalına nəzarət etmək;
• Mebel istehsalı ilə bağlı şirkət direktoruna müvafiq hesabatların verilməsi;
• Mebel sexinin işçilərinin davamiyyətinə, habelə sexdə yanğın və əməyin təhlükəsizliyi qaydalarına nəzarət etmək;
• Müştərilərdən daxil olan mebel sifarişlərinin vaxtında icrasına nəzarət etmək.

Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mebel sexinin inzibatçısı” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 20.06.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP