Marketinq meneceri
 
JOB TITLE: Marketinq meneceri
EMPLOYER: 166 Yükdaşıma və Logistika DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-22 LAST UPDATED: 2020-06-02 DEADLINE: 2020-06-21

Marketinq meneceri

İş barədə məlumat

• Şirkətin fəaliyyətinə uyğun marketinq strategiyalarının hazırlanması və yeni ideyaların təqdim edilməsi;
• Bazar araşdırmalarının aparılması və təhlili;
• Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması;
• Şirkətin marketinq büdcəsinin müəyyən edilməsi və həmin büdcə daxilində marketinq tədbirlərinin həyata keçirilməsi;
• Müştərilərlə görüşlərin təşkil edilməsi və onların tələbatı barədə məlumat toplanması;
• Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi məqsədilə strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
• Aylıq marketinq fəaliyyətlərinin hesabat şəklində hazırlanması və departament rəhbərinə təqdim olunması.

Namizədə tələblər

• Marketinq və ya Biznesin təşkili üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
• MS Office proqramlarını yüksək səviyyədə bilməli;
• Kreativ olmaq və sahə üzrə trendləri izləmək;
• Komandada işləmə bacarığı;
• Təşkilatçılıq və idarəetmə bacarığı;

Vakansiyaya müraciət üçün, CV formanızı cv@166.az elektron poçtuna “Marketinq meneceri” mövzusu ilə göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP