Anbar işçisi (Masallı)
 
JOB TITLE: Anbar işçisi (Masallı)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-01 LAST UPDATED: N/A DEADLINE: 2020-07-01

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Anbar işçisi (Masallı)

Vəzifə öhdəlikləri:

• Məhsulların anbarda qəbulu, saxlanması və oradan təhvil verilməsini həyata keçirmək;
• Məhsulların səliqəli və müəyyən edilmiş qaydada anbarda yığılmasını təmin etmək;
• Anbara daxil olan və anbardan verilən məhsulların uçotunu aparmaq;
• Mağazaya daxil olan malların boşaldılması və yerləşdirilməsi;
• Təhlükəsizlik qaydalarına əməl etmək;
• Müştərilərə məhsulları təqdim etmək;
• Görülmüş işlər barədə mağaza rəhbərliyinə məlumat vermək.

Tələblər:

• Azərbaycan dilini mükəmməl bilməli;
• Bu sahədə iş təcrübəsi arzuolunandır;
• Fiziki cəhətdən güclü olmalı;
• Məsulliyyətli, punktual, komandada işləmək bacarığı;

Şəxsi keyfiyyətlər:

• İnsanlarlarla ünsiyyət qurmaq bacarığı;
• Diqqətli və məsuliyyətli;
• Səliqəli.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Anbar işçisi (Masallı) ” qeyd edərək CV-nizi hr@abc-telecom.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP