Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (mexanika işləri üzrə)
 
JOB TITLE: Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (mexanika işləri üzrə)
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-02 LAST UPDATED: N/A DEADLINE: 2020-07-02

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (mexanika işləri üzrə)

Tələb olunan iş bacarığı:

a) Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
b) Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
c) Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
d) Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
e) Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə
işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;
f) Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq; Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
g) Mexanika avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
h) Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
i) Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
j) Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
k) Mexanika üzrə texniki hesabatları yerinə yetirmək.

Tələb olunan təhsil və biliklər:

- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Keyfiyyətə Nəzarət Mühəndisi (mexanika işləri üzrə) vəzifəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi;
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Komputer bacarıqları -Microsoft Office, AutoCaD;
- Həssas və qısa yazılı ünsiyyət bacarıqları;
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-50 
- Əmək haqqı 2000-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “KND mühəndisi (mexanika işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP