SƏTƏM üzrə menecer
 
JOB TITLE: SƏTƏM üzrə menecer
EMPLOYER: Tuk-Tuk DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-02 LAST UPDATED: N/A DEADLINE: 2020-07-02

SƏTƏM üzrə menecer

İş barədə məlumat:

- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi, giriş təlimatlarının aparılması və bu barədə rəhbərliyə, işçilərə məlumat verilməsi və əməl edilməsinə nəzarət edilməsi;
- İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunun təmin edilməsi;
- SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak edilməsi;
- İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələrin təyin edilməsi, risklərin qiymətləndirilməsi, zəruri tədbirlərin alınmasında iştirak edilməsi və alınan tədbirlərə əməl olunmasına nəzarət edilməsi;
- Müəssissədə baş verə biləcək bədbəxt hadisələrin qarşısını alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlərin hazırlanması və onlara nəzarət edilməsi;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
- Gündəlik olaraq şöbə və sahə yoxlamalarının aparılması , uyğunsuzluqların aşkar edilməsi, aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Fövqəladə hallarda fəaliyyət planının işlənib hazırlanması;
- Görülən işlər barədə rəhbərliyə hesabatların verilməsi.

Namizədə olan tələblər:

- Ali təhsil;
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı;
- Məsuliyyətli, ünsiyyətcil və aktiv olmalıdır

Maraqlanan şəxslər CV-ni cv@tuk-tuk.az mail ünvanına, mövzu bölməsində “SƏTƏM Üzrə Menecer” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP