İnformasiya Təhlükəsizliyi şöbəsi, kiçik mütəxəssis/mütəxəsis/(pentester)
 
JOB TITLE: İnformasiya Təhlükəsizliyi şöbəsi, kiçik mütəxəssis/mütəxəsis/(pentester)
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-02 LAST UPDATED: 2020-06-02 DEADLINE: 2020-07-02

Nəzarət departamentinin İnformasiya Təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssis/mütəxəsisi/ (pentester)

Ümumi məlumat

Kapital Bank namizədləri İnformasiya Təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssis/mütəxəsisi/ (pentester) vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bank sirri xarakteri daşıyan məlumatların kənara sızılmasının və Bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə Banka məxsus informasiya sistemlərinin monitorinqini həyata keçirmək.
• İT sistemlərinin, şəbəkələrin və tətbiqlərin boşluqlar üzrə təhlükəsizlik qiymətləndirməsini və mənbə kodu təhlilini həyata keçirmək.
• Zəifliklərin araşdırılması üçün tətbiq və şəbəkələrə daxil olma üzrə mexanizm və alətləri təyin etmək.
• Kompüter sistemləri və şəbəkələri, həmçinin veb-əsaslı tətbiqlər üzrə təhlükəsizlik sınaqlarını aparmaq.
• Tapılmış boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq və aradan qaldırılması üzrə şöbə müdirinin və ya onu əvəz edən şəxsin qarşısına təkliflərlə çıxış etmək.
• Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq.
• Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq.
• Requlyator tələblərinin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək.

Tələblər

• Ali təhsil;
• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
• Yüksək üsniyyətqurma qabiliyyəti;
• Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.

CV-lərinizi, mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssis/mütəxəsisi/ (pentester)” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP