Mexanik
 
JOB TITLE: Mexanik
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-03 LAST UPDATED: N/A DEADLINE: 2020-07-03

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə - Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.

Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

 “Mexanik

İşin qısa təsviri :

Müəssisədə olan mexaniki avadanlıqların fasizləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını saxlanılmasını təmin etmək.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasının, saxlanılmasının təmin edilməsi;
• İstehsal qurğu və avadanlıqlarına mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasının həyata keçirilməsi, istehsalatın texniki hazırlığının təmin edilməsi;
• Təmir işləri üçün ehtiyat hissə bazasının yaradılması;
• Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin, avadanlığın modernləşdirilməsinin, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarətin həyata keçirilməsinin təşkili;
• Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• İstehsalatda texnika və avadanlıqların iş prinsipi və mexanizmi barədə ixtisas təlimləri keçməsi;
• İşə planlı yanaşması.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : istehsalatda texnika və avadanlıqların iş prinsipi və mexanizmlərinin idarəedilməsi ixtisası üzrə ali və ya orta ixtisas təhsili;
• İş təcrübəsi : müvafiq sahə üzrə ən az 3 il;
• Yaş həddi: 25-45 aralığı.

Bizim iş şərtləri :

• İş qrafiki : növbəli;
• AR ƏM-nə uyğun sənədləşmə;
• Nahar şirkət tərəfindən təmin olunur;
• İş yeri: Hökməli qəs;
• Servis şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP