Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: L. B. Audit Xidməti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-03 LAST UPDATED: N/A DEADLINE: 2020-07-03

Mühasib

Əsas vəzifə və öhdəliklər:

- Baş verən əməliyyatların 1C mühasibat proqramında əks olunması
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması
- Qəbul olunan e-qaimələrə nəzarət olunması (sənədləşmə prosesinin dəqiq və düzgünlüyünə) və ödənişlərin müştəri bank vasitəsilə həyata keçirilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Vergi bəyənnamələrinin, ƏDV, ÖMV hesabatlarının hazırlanması və təqdim olunması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Rəhbərlik tərəfindən tələb olunan daxili hesabatların hazırlanması
- Pul vəsaitlərinin hərəkətinə aid hesabatların hazırlanması

Tələblər:

• Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
• Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
• Kompüter bilikləri: MS Office/Excel, 1C proqramında mükəmməl işləmə bacarığı
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər

Digər məlumatlar:

• 5 günlük iş həftəsi
• İş rejimi: saat 09.00-dən 18.00
• Müqavilə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun
• Əmək haqqı: 700-1000 AZN ( əlavə olaraq bonuslar və digər motivasiya tədbirləri )

E - mail : hr@lbconsulting.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP