Korporativ Satış üzrə mütəxəssis
 
JOB TITLE: Korporativ Satış üzrə mütəxəssis
EMPLOYER: GPS Solutions LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-03 LAST UPDATED: N/A DEADLINE: 2020-07-03

GPS xidmətləri üzrə Azərbaycanın aparıcı inteqratoru GPS Solutions MMC “Korporativ Satış üzrə mütəxəssis” vəzifəsinə təcrübəli namizəd axtarır.

Vəzifə öhdəlikləri:

o Bazarın öyrənilməsi, korporativ müştəri haqqında informasiyanın toplanılmasını və yeni müştəriləri cəlb etmək
o Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsulları və xidmətlər haqqında dolğun məlumat vermək
o Müştəridən sifarişi qəbul edib müvafiq şöbələrə ötürülməsini təmin etmək
o Sifarişlərin icra olunmasına nəzarət etmək
o Şirkətə məxsus məhsulların və xidmətlərin qiymətləri və endirim şərtlərini müştəriyə təklif göndərmək
o Keçirdiyi görüşlər və danışıqlar barədə gündəlik hesabatlar hazırlamaq

Namizədə tələblər:

o Yaş haddi: 25-37
o İş təcrübəsi: 3 ildən çox
o Şəxsi motivasiyalı, nəzarət olmadan işləmək bacarığı
o Azərbaycan və Rus dillərini bilmək (yazılı və şifahi), İngilis dili arzuolunandır
o MS Office proqramlarının təcrübəli istifadəçisi (Word, Excel, Power Point, Microsoft Outlook)
o Mükəmməl təqdimat və ünsiyyət qurmaq bacarığı
o Müxtəlif tapşırıqları icra etmək, təyin edilmiş müddətlərə əməl etmək

Əlavə məlumat:

İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək,
Şənbə günü 10:00-dan 16:00-dək
Əmək haqqı: Sabit hissə + bonus

CV-ni mövzu hissəsində müraciət etdiyiniz vəzifəni göstərməklə hr@gps.az ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Telefonla müraciətlər baxılmır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP