Anbardar
 
JOB TITLE: Anbardar
EMPLOYER: Polietilen istehsalı zavodu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-03 LAST UPDATED: 2020-06-03 DEADLINE: 2020-07-03

Abşeron rayonu, Məmmədli kəndində polietilen istehsalı zavoduna Anbardar axtarılır

Vəzifə: Anbardar

Şöbə: Maliyyə

Əsas vəzifə öhdəliklər:

• Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
• Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
• Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək;
• Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq.
• Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək.
• Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək.
• Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək.
• Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
• Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
• Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
• Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək

Tələblər:

• Ali təhsil
• İş təcrübəsi: Müvafiq sahədə minimum 2-3 il;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
• Yaş : 25-40

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nəzərdə tutulan başlanğıc əmək haqqı 500 AZN.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Anbardar" yazaraq renaismayilova@investel.az ünvanına göndərilməsi xahiş olunur. tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP