Avtokar sürücüsü
 
JOB TITLE: Avtokar sürücüsü
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-08 LAST UPDATED: N/A DEADLINE: 2020-07-08

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ir@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Avtokar sürücüsü

Tələblər:

• Avtokar sürücüsü vəsiqəsi
• Komandada işləmək bacarığı
• Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir

Vəzifələr:

• Avtokar və xüsusi qaldırıcı mexanizmləri idarə etmək
• Yükləmə və boşaltma zamanı texniki avadanlıqların təhlükəsizliyini təmin etmək
• Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmə
• İş yeri Binəqədi rayonunda yerləşir

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Avtokar sürücüsü” qeyd edərək CV-lərinizi ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP