İşə qəbul üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: İşə qəbul üzrə aparıcı mütəxəssis
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-08 LAST UPDATED: N/A DEADLINE: 2020-07-08

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: İşə qəbul üzrə aparıcı mütəxəssis

İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 2-32, Turan İş Mərkəzi
İş təcrübəsi: Minimum 3 il
Təhsil: Ali təhsil (İdarəetmə, Maliyyə və İqtisadiyyat istiqamətləri üzrə)
Yaş həddi: 25 və ya üzəri
İşin təsviri: İşə qəbul siyasətinin və strategiyasının idarə olunması.

Vəzifə öhdəlikləri:

- İşə qəbul,iş yerinin dəyişdirilməsi və işdən azad olunma prosesinin tam icrası, sənədləşmə, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlılığın aparılması;
- Şirkət üzrə ümumi İnsan Resursları fəaliyyətində tətbiq ediləcək layihə və modulların icrasında iştirak;
- Vəzifə, maaş və iş yeri dəyişikliyi və eləcə də mükafatlandırma prosesinin aparılması və hesabatlılığı;
- İşçilərin nizam-intizam pozuntuları ilə bağlı proseslərin araşdırılmasında, lazımı qərarların alınması və icrasında birbaşa iştirak edilməsi;
- İş yükü analizləri, işçi ehtiyyaclarının araşdırılması, işə qəbul prosesi ilə bağlı elektron portalda müvafiq qeydlərin aparılması;

Tələblər:

- İnsan Resurslarının işə qəbul modulu haqda nəzəri və praktiki bilgiyə sahib olması;
- AR Əmək qanunvericiliyi bilikləri;
- MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilgiləri (Azərbaycan-səlis, İngilis və Rus dili bilməsi üstünlükdür);

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “İşə qəbul üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 30.06.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP