Back end developer (Java) – Aparıcı mütəxəssis
 
JOB TITLE: Back end developer (Java) – Aparıcı mütəxəssis
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-09 LAST UPDATED: N/A DEADLINE: 2020-07-09

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentinə “Back end developer (Java) – Aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• JAVA proqramlaşdırma dili üzrə biliklər;
• JAVA EE işləmə prinsipi üzrə biliklər;
• Spring Core, Spring Boot, Spring JPA, Spring Security üzrə biliklər;
• RESTful API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
• JAXB, JAX-WS, JAX-RS ilə sərbəst işləmə bacarığı;
• GIT ilə sərbəst işləmə bacarığı;
• BPMN bilikləri və ya oxşar texnologiya üzrə təcrübə;
• SQL, PL/SQL üzrə biliklər arzuolunandır;
• Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Back end developer (Java) – Aparıcı mütəxəssis” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə və ya müraciət etmək üçün aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilər: (https://www.bankrespublika.az/user/az/login)

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP