Dizayner
 
JOB TITLE: Dizayner
EMPLOYER: ATEF Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-09 LAST UPDATED: N/A DEADLINE: 2020-07-09

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Dizayner” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: 800-1000 AZN

İş şəraiti

• Tam sosial təminat
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Veb səhifələrin dizaynı və tərtibati;
• Veb bannerlərin hazırlanması və adaptasiyaların tərtibatı;
• Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
• Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin icrası;
• Jurnal, buklet, flayer, broşür, poster və kataloqlar üçün dizaynların hazırlanması;
• Brandbook, loqotiplərin, korporativ məhsullarının dizayn işləri;

Tələblər:

• Ali təhsilli;
• Dizayn sahəsində 3 il iş təcrübəsi;
• Photoshop, Adobe İndesign, CorelDRAW, Adobe İllustrator və MS Ofis proqramında işləmək bacarığı;
• Dizayn trendlərindən xəbərdar olması;
• Bir neçə layihə üzrə işləmək qabiliyyəti;
• Portfolionun mövcud olması;
• Yaradıcılıq qabiliyyəti;
• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Dizayner” Mövzu bölməsində göstərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP