İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-10 LAST UPDATED: 2020-06-09 DEADLINE: 2020-07-10

İnsan resursları üzrə mütəxəssis

Tələb olunan iş Bacarığı:

- Müəssisənin insan resursları siyasətinin təkmilləşdirilməsində iştirak etmək;
- Müəssisənin siyasətinə uyğun olaraq İnsan resursları üzrə prosedurların təkmilləşdirilməsində, yeni vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
- İnsan resursları planlamasını (işçi ehtiyacını müəyyən etmək) həyata keçirmək;
- Vakansiyalar üzrə iş elanlarını yerləşdirmək, daxil olan CV-ləri analiz etmək və uyğun namizədlərlə görüşləri həyata keçirmək;
- İşə qəbulla bağlı namizədlər üçün müvafiq qiymətləndirmə formaları (suallar, testlər və s.) hazırlamaq;
- Müsahibə nəticələrinin izlənilməsi, namizədlərə geridönüşlərin edilməsi, uyğun görülmüş namizədlərin işə başlaması prosesinin təqib edilməsi və adaptasiya təlimləri ilə bağlı məlumatlandırılma;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
- İşçilərin qiymətləndirməsi və mükafatlandırılmasına dair sorğuların keçirilməsi və sistemlin tətbiq edilməsi;
- İllik təlim-tədris proqramının hazırlanması;
- Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və təqdim edilməsi;
- Daxili və xarici audit zamanı İR üzrə sənədlərin hazırlanması;
- Şirkət daxilində müxtəlif vəzifələr üzrə iş analışlərin aparılması;
- Şirkət daxili departamentlər üzrə işçilərin iş yükünün ölçülməsi. İş yükü və iş analizi üzrə hesabatların İRD Menecerinə təqdim edilməsi;
- Məzuniyyətlərin planlaşdırılması və plan üzrə məzuniyyətlərin veriməsini təqib etmək, onların uçotunun aparılması,
- İşçilərin ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Davamiyyətin izlənməsi; Aylıq tabellərin hazırlanması;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.

Tələb olunan təhsil və biliklər:

- Ali təhsil (hüquqşünaslıq, biznesin idarəedilməsi, insan resursları);
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resursları üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
- Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı (Rus və İngilis dillərin bilməsi arzuolunandır);
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli (MS Excel proqramını mükəmməl bilməsi mütləqdir);
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
- Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək bacarığı;
- Tikinti layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-40
- Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) hr@smts.az elektron ünvanına mövzu yerinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP