SM operatoru
 
JOB TITLE: SM operatoru
EMPLOYER: Kibrit.tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-10 LAST UPDATED: N/A DEADLINE: 2020-07-10

IT və telekommunikasiya, mobil xidmətlər sahələrində 20 illik təcrübəyə malik olan, ölkənin bütün mobil operatorları ilə (Azercell, Bakcell, Nar) əməkdaşlıq edən, bununla yanaşı Formula-1, JARA Festivalı və s. kimi tədbirlərin təşkilində texniki dəstək verən, Crystal Hall, Dəniz bulvarı və s. kimi məkanların texniki dəstəyini həyata keçirən Kibrit.tech şirkəti öz peşəkar komandasına ZengimCELL xidməti üçün messencer və social network üzrə operator axtarılır!

Namizədə tələblər:

1. Azərbaycan dilində yüksək səviyyədə yazmaq və danışıq qabiliyyəti;
2. Müasir trendi izləmək həvəsində olan, ZengimCELL auditoriyasının sevdiyi mahnıları az-çox tanıyan, tanımasa belə sürətli şəkildə axtarıb tapa bilən;
3. Tik-Tok video-təcrübəsi olanlara üstünlük veriləcək

Vəzifələr:

1. Gün ərzində ZengimCELL xidmətinin whatsapp, telegram, Fb messencerinə gələn, həmçinin xidmətin socnet səhifələrində şərhlərdə soruşulan suallara cavab vermək, kodları nömrələrə yükləmək, həmçinin fraqment və kodları təqdim etmək;
2. Tik-Tok səhifəsi üçün videolar hazırlamaq;
3. Story və səhifələr üçün videolar hazırlamaq;
4. İnstagramda canlı yayım açmaq və istifadəçilərə kodları canlı yayım vasitəsilə təqdim etmək (həftədə 2 dəfə);
5. İstifadəçilərin istəklərini nəzərə alaraq, olmayan fraqmentləri toplayıb məzmun prodüserinə təqdim etmək.

Şərtlər:

• Əmək müqaviləsi ilə Sosial media operatoru vəzifəsi
• Əməkhaqqı: 425 manat (net)
• İş rejimi (full-time): bazarertəsi – cümə 09:30–18:30
• Tibbi sığorta
• Nahar yeməyi

Bu vakansiyaya namizədlər CV-lərini “SM operatoru” başlığı ilə job@dsc.az e-mail ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP