Sənədlərlə iş şöbəsinə, Baş mütəxəssis ( Kargüzar - HR)
 
JOB TITLE: Sənədlərlə iş şöbəsinə, Baş mütəxəssis ( Kargüzar - HR)
EMPLOYER: Tikinti şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-12 LAST UPDATED: 2020-06-18 DEADLINE: 2020-07-12

Tikinti şirkətinə Sənədlərlə iş şöbəsinə, Baş mütəxəssis ( Kargüzar-HR ) tələb olunur.

Vakansiya haqqında məlumat:

1. Şirkətdə kargüzarlıq işini təşkil edir və həyata keçirir
2. Daxil olan sənədləri qəbul edir, qeydə alır, rəhbərliyin dərkanarına təqdim edir və dərkanara müvafiq surətdə aidiyyati üzrə bölüşdürür və icraçılara çatdırır
3. Sənədlərin icra müddətinə nəzarət edir
4. Rəhbərliyin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyyatlarını rəsmiləşdirir və icrasına nəzarət edir
5. Göndərilən sənədlərin qeydiyyatını aparır və yola salır
6. Şirkət iclaslarının protokollarını tərtib edir və uçotunu aparır
7. Kargüzarlıqda başa çatmış sənədləri struktur bölmələrindən qəbul edir
8. Xidməti sənədlərin mühafizəsini təmin edir
9. Sənədlərin arxivləşdirilməsini təmin edir
10. Əmrlərin yazılışı, işə qəbul və işdən çıxış əmrləri, vəzifə dəyişikliklərinin əmrlərinin yazılması
11. Kadr kargüzarlığının aparılması
12. Kadr işi üzrə kitab və qeydiyyat jurnallarının aparılması

- bu sahə üzrə iş təcrübəsi minimum 5 il
- iş qrafiki : 09:00-18:00
- İstirahət günü: Həftədə 1 dəfə ( bazar günü )

Ə/h müsahibə əsasında təyin olunur.

Xahiş olunur bütün tələblərə uyğun olan xanımlar müraciət etsin.

CV-nizi başlıqda "Kargüzar" qeyd etməklə recruitmentgmconstruction@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP