Avtomobillərin təmiri üzrə çilingər
 
JOB TITLE: Avtomobillərin təmiri üzrə çilingər
EMPLOYER: Premium Transport MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-16 LAST UPDATED: N/A DEADLINE: 2020-07-16

PREMİUM TRANSPORT MMC

Vəzifə : Avtomobillərin təmiri üzrə çilingər

Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Qaradağ rayonu ,Ümid qəsəbəsi “Norm” sement zavodunun ərazisi

Namizədə tələblər:

• Yük maşınlarının və ağır tonnajlı texnikaların təmiri üzrə çilingər və yağlama işlərini görməli;
• Yük maşınlarının və ağır tonnajlı texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etməli;
• Gündəlik olaraq istismar olunan bütün yük maşınlarının və ağır tonnajlı texnikaları yoxlamalı və nasazlıqları aradan qaldırmalı;
• Təhlükəsizlik standartlarına riayət etməklə böyük dəqiqliklə təmir işlərini aparmalı;
• Daxili Əmək İntizam Qaydalarına riayət etməli;
• Qaraj rəisi və Mexanik tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirməli.
• Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;

İş qrafiki:

• 6 günlük iş norması (6-ci gün qısaldılmış iş vaxtı)
• Nahar şirkət tərəfindən verilir.
• İş sahəsinə çatdırılma üçün servis mövcuddur.
• Rayonlarda yaşayan namizədlər yataqxana ilə təmin olunurlar.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“Avtomobillərin təmiri üzrə çilingər” başlığı ilə) göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP