Mühasib (Sumqayıt)
 
JOB TITLE: Mühasib (Sumqayıt)
EMPLOYER: Qartal Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-17 LAST UPDATED: 2020-06-18 DEADLINE: 2020-07-17

Vəzifə: Mühasib (Sumqayıt)

İşəgötürən: Qartal Tikinti Firması

Əmək haqqı: Razılaşma əsasında

Tələblər:

- Ali təhsilli, xanım namizəd tələb olunur;
- Yaş : 22 -32;
- ƏDV ödəyicisi olan şirkətdə mühasib kimi ən az 2 il iş təcrübəsi olmalı;
- Vergi Məcəlləsini və mühasibat uçotu üçün digər qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
- Komputer biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, Excel, Word, Outlook) olmalı ;
- İşgüzar və məsuliyyətli olmalı ;
- İngilis dili bilmək arzuolunandır.

Vəzifə öhdəlikləri:

- AZN və xarici valyuta ilə ödəniş tapşırıqlarının yerinə yetirilməsi;
- ƏDV Depozit hesabından ödənişləri yerinə yetirmək;
- Ödənişlər üzrə gündəlik qaimələrin işlənməsi;
- Banklardan və digər mənbələrdən nağd vəsatin alınıb kassaya mədaxil olunması, hesabatlarının aparılması;
- Kassa hesabatının (gündəlik və aylıq) və bank hesabatının gündəlik hazırlanması, rəhbərə təqdim olunması;
- İşin gedişatına uyğun olaraq, tələb olunan mühasibatlıq hesabatlarının hazırlanması;
- Ayın sonunda artıq-əskik iş saatları da daxil olmaqla ofis işçilərinin, mühəndislərin və fəhlələrin tabellərini hazırlamaq;
- Rəhbərliyin təlimatlarına uyğun digər tapşırıqların yerinə yetirilməsi;

İş haqqında məlumat:

- İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir;
- İş saatı 09:00-18:00.;
- İstirahət günü - Şənbə və Bazar günləri.;
- Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur;

Əlaqə vasitələri:

CV-nizi movzu hissəsində “Mühasib” qeyd edərək info@qartal.az email ünvanına göndərin. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. Telefon: 050-235-48-67

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP